Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib
  • Paytaxt
  • 1 İyul 2022 16:33
  •  4 279

Səfər Mehdiyev Qobustanda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib

S. Mehdiyev qəbuldan öncə Qobustan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qobustan və Şamaxı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı S. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.