- Paytaxt
- 1 İyul 2022 20:37
- 4 011
ABŞ səfiri: “Azərbaycanla əlaqlərimiz müsbət istiqamətdə inkişaf edir”
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib
“Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunam və əlaqlərimiz müsbət istiqamətdə inkişaf edir”.
Aznews.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, son 30 ildə əlaqlərimizdə böyük irəliləyiş olub: "Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik."