Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri ilə görüşüb

Ş.Papuaşvili Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Ş.Papuaşvili Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib.

Parlament sədri Gürcüstanda müxtəlif etnik və dini qrupların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar barədə danışıb.

Regiondakı vəziyyətə toxunan tərəflər bölgədə sülh və sabitliyin önəmini vurğulayıblar. Spiker Gürcüstanın bundan sonra da regionda dialoqu təşviq etməyə hazır olduğunu bildirib.