“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur" “Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur"
  • Paytaxt
  • 28 Avqust 2022 19:00
  •  3 024

XİN: Mərakeşlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik

“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Mərakeş Krallığı ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.

“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Mərakeş Krallığının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan-Mərakeş əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”, - XİN-in paylaşımında vurğulanıb.