- Rusiya və İran
- 18:08
- 2 439
Rusiya MN: "PUA hücumunun hədəfi Putinin iqamətgahı olub"
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının 29 dekabr tarixində həyata keçirdiyi hücumun son hədəfi Rusiya Federasiyası prezidentinin Novqorod vilayətində yerləşən iqamətgahı olub.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi pilotsuz aparatların birinin naviqasiya sisteminin blokunun ekspertizası nəticələrinə əsasən məlumat verib.
Nazirliyin açıqlamasında bildirilir ki, 29 dekabr 2025-ci il gecəsi Novqorod vilayətinin hava məkanında vurulan Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından birinin naviqasiya sistemi blokuna xüsusi texniki ekspertiza aparılıb. Ekspertiza zamanı Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri aparatın yaddaşına yüklənmiş uçuş tapşırığı faylını əldə etməyə nail olublar.
Marşrutlaşdırma məlumatlarının analiz edilməsi göstərib ki, 29 dekabr 2025-ci il tarixində Ukrayna PUA-larının hücumunun son hədəfi Novqorod vilayətində yerləşən Rusiya prezidentinin iqamətgahına aid obyektlərdən biri olub.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Ukraynaya məxsus PUA-lardan birinin idarəetmə blokundan əldə olunan ekspertiza materialları müəyyən edilmiş kanallar vasitəsilə ABŞ tərəfinə təqdim ediləcək
AzNews.az