• Paytaxt
  • 26 Sentyabr 22:47
  •  2 265

Prezidentin xüsusi nümayəndəsi: “Bizi Qarabağa geri qaytaran şəhidlərimizi qürurla yad edirik”

Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə yazıb

“Bizi doğma Qarabağımıza geri qaytaran şəhidlərimizi qürur hissi ilə yad edirik”.

Aznews.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə yazıb.

"Sinələrini düşmən qarşısında sipər edənlərin, canını vətən torpağı uğrunda fəda edənlərin - şəhidlərimizin günüdür bu gün. Bizi doğma Qarabağımıza geri qaytaran, hər zaman bayrağımızı vətənin torpağına sancmağı bacaran şəhidlərimizi qürur hissi ilə yad edirik!”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.