Bunu Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib Bunu Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib
  • Paytaxt
  • 30 Sentyabr 2022 19:12
  •  3 650

Rumen Radev: Azərbaycan qazı Bolqarıstan vasitəsilə artıq üçüncü ölkələrin bazarlarına nəql edilə bilər

Bunu Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib

“Hazırda qaza olan yüksək tələbat və böhran şəraitində yeni imkanlar axtarışındayıq. Prezident Əliyev və mən müxtəlif məsələləri, müxtəlif fikirləri müzakirə etdik”.

Aznews.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Bolqarıstan Prezidentinin sözlərinə görə, onlara sement istehsalında, şüşə istehsalında və digər istehsalat sahələrində qaz lazımdır: “Azərbaycan da müxtəlif məhsullar istehsal edir. Beləliklə, biz birbaşa Azərbaycandan qaz həcmi ala biləcəyik. Bu, çox vacib bir məsələdir və bu qaz bizim vasitəmizlə artıq üçüncü ölkələrin bazarlarına nəql edilə bilər. Biz burada nəqliyyat xərclərinə və vaxta qənaət edirik”.

Rumen Radev bu prosesdə Bolqarıstanın daha fəal iştirak edəcəyini vurğulayıb: “Bizim qaz şirkətimiz olan "Bulqarqaz" da daha fəal rol oynayacaq. Biz təbii ki, bu məsələni cənab Əliyevlə yenə də müzakirə edəcəyik ki, bizim imkanlarımız nədən ibarətdir, hansı variantlarımız var. Biz bu məsələdə maraqlıyıq və təbii qazı elektrik enerjisinə çevirmək məsələsini də nəzərdən keçirəcəyik. Bu, təkcə Bolqarıstan üçün deyil, həm də Avropa İttifaqı üçün mühüm məsələdir. Əlbəttə ki, Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çox mühüm əhəmiyyətə malikdir”.