• Paytaxt
  • 25 Noyabr 2022 16:36
  •  3 417

Şəhid tələbələrin diplomları ailələrinə verilib

"4-cü kursda oxuyan, lakin kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin ailələrinin demək olar ki, əksəriyyətinə onların diplomları verilib".

Aznews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, diplom dövlət sənədidir:

"Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib".