• Paytaxt
  • 28 Noyabr 2022 20:23
  •  3 874

ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək verməyə hazırdır - Filip Riker

Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.

Aznews.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri bu barədə xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

Filip Riker sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.