• Paytaxt
  • 19 Aprel 2023 14:22
  •  3 357

Eli Kohen: "İsraildən Azərbaycana gələn turistlərin sayı artır"

İsraildən Azərbaycana gələn turistlərin sayı artır.

Aznews.az xəbər verir ki, bu barədə İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrə toxunaraq ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib.