- Paytaxt
- 29 May 19:28
- 3 421
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi: İki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir

Azərbaycan və Böyük Britaniya arasında bütün sahələrdə əlaqələr birinci səviyyəlidir, yüksək səviyyədədir.
Aznews.az xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.
“Böyük Britaniya kimi Azərbaycan tərəfi də ənənəvi enerji mənbələrilə yanaşı bərpaolunan enerji istiqamətində irəliləyir ki, bu da vacibdir. Çünki dünya əhalisi artır, tələblər artır. Biz Azərbaycan hökuməti ilə yaşıl enerji sahəsində çox əzmlə işləyirik. Və ümumilikdə iki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir” – deyə o, vurğulayıb.