- Paytaxt
- 2 Aprel 19:15
- 3 427
XİN: Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub
![](https://www.aznews.az/storage/2024/04/02/660c1f9c74ec0660c1f9c74ec11712070556dfbf93647a78ce57e211649b3f88f155.jpg)
Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Bu gün daha 4 nəfər minanın qurbanı olub. Ermənistan tərəfinin minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi Azərbaycan ərazilərində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması ilə yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur, o cümlədən regionda sülhyaratma prosesinə xələl gətirir. Beynəlxalq ictimaiyyət Azərbaycanda minaların yaratdığı təhlükənin aradan qaldırılması üçün gücünü birləşdirməlidir”, XİN-dən bildirilib.