- Paytaxt
- 22 Aprel 2024 23:08
- 3 889
Ceyhun Bayramov Çexiyaya yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Aznews.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.