- Paytaxt
- 11 Avqust 2024 10:55
- 7 051
Birinci vitse-prezident Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürüncü medal mükafatı qazanmış Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvilini təbrik edib.
Bu barədə birinci xanım sosial şəbəkədə yazıb:
"Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr nailiyyətlər arzulayıram!".