- Paytaxt
- 30 Oktyabr 20:48
- 1 612
Ərdoğan Azərbaycana və bir sıra ölkələrə təşəkkür edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.
Aznews.az xəbər verir ki, Türkiyə lideri müvafiq mesajı "X" sosial şəbəkəsində paylaşıb.
Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.
"Cümhuriyyətimizin 102-ci yaşını təbrik edən, ölkəmizə xoş arzularını bildirən bütün ölkələrə və beynəlxalq təşkilatlara millətim adına təşəkkür edirəm. Kiprin türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporunun nümayəndələrinə, qardaşlarımıza, dostlarımıza və müttəfiqlərimizə salamlarımı və sevgimi çatdırıram", - o yazıb.
Paylaşımda qeyd edilən bayraqlar arasında Şimali Kipr Türk Respublikasının bayrağından sonra ikinci bayraq Azərbaycan Respublikasının bayrağı olub ki, bu da iki ölkə arasındakı xüsusi qardaşlıq münasibətlərini simvolizə edir.