Türkiyə XİN başçısı Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, Türkiyə XİN başçısı da noyabrın 8-də Bakıda keçiriləcək Zəfər paradına qatılacaq.

Məlumata görə, Hakan Fidan milli müdafiə naziri Yaşar Gülərlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində yer alacaq.