“Azərbaycan”, “Xalq” və “Bakinski raboçi” qəzetləri üçün kağız norması müəyyənləşib

Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qəzet redaksiyaları

Qəzetlərin illik tirajı (nüsxə ilə)

Hər bir nüsxənin həcmi (səhifə ilə)

Qəzet kağızına

illik tələbat (tonla)

“Azərbaycan”

2100 min

10

148

“Xalq” qəzetinin redaksiyası” MMC

1700 min

10

123

“Bakinski raboçi” qəzetinin

redaksiyası” MMC

166 min

10

12