Milli Məclis AP ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək.

AzNews.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Avropa Parlamenti 30 aprel tarixində Azərbaycanla bağlı qətnamə qəbul edib.