- Paytaxt
- 20:05
- 480
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.
Aznews.az xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşməkdən məmnun oldum. Azərbaycan-Yaponiya münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin iqlim və ətraf mühit məsələləri üzrə əməkdaşlığımıza verdiyi töhfələrə görə minnətdarlığımı bildirdim", - o qeyd edib.
M. Babayev K. Vatanabeyə gələcək fəaliyyətində uğurlar arzulayıb və diplomatik karyerasının növbəti mərhələsi üçün ən xoş arzularını ifadə edib.
Please to meet with Katsuya Watanabe, Ambassador of Japan to Azerbaijan.
Expressed appreciation for his contribution to strengthening Azerbaijan–Japan relations and our cooperation on climate and environmental issues.
Wished Ambassador Watanabe every success in his future endeavors and expressed our best wishes for the next chapter of his diplomatic career.
— Mukhtar Babayev (@Mukhtar_Babayev) October 1, 2026