- Köhnə - Cəmiyyət
- 31 Yanvar 2016 14:01
- 5 622
Fevralın 1-nə olan - Hava proqnozu

Fevralın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-6°, gündüz isə 8-13° isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.