Mediada adı ən çox hallanan qurumlar - Monitorinq

MC&S-in media monitorinq qrupu 1-31 yanvar 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.



AzNews.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (571 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1911 məlumat), sığorta şirkətləri arasında PAŞA (232 məlumat), ali məktəblər arasında BDU (864 məlumat), otel və biznes mərkəzləri arasında JW Marriott Absheron (144 məlumat) irəlidədir.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 335 on-line media daxil olmaqla 400-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.