Kütləvi dava ilə bağlı - Rəsmi məlumat

"Emin" kafesindəki münaqişə ilə bağlı rəsmi məlumat açıqlanıb.


Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğundan AzNews.az-a verilən məlumatda bildirilir kli, fevralın 2-də saat 01 radələrində Daxili İşlər Nazirliyinin "102" Xidmətinə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən "Emin" kafesində münaqişə olması barədə daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməliyyat qrupu və həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları gələrək kafedə bir qrup vətəndaşın sərxoş vəziyyətdə xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışmışlar. İctimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslərdən bir neçəsi bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanıAğaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova vəBəxtiyar Abbasovabədən xəsarətləri yetirmişlər.

Polis əməkdaşları tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdəşübhəli bilinən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov vəAğcabədi rayon sakini,1986-cı il təvəllüdlü Fariz Məlikov zərərsizləşdirilərək dərhal Polis Bölməsinə aparılmış, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi qötürülmüşdür.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin221.2.1, 221.2.2, 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə bir qrup şəxs tərəfindən xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilmişdir.

D.Muradov, İ.Məmmədov və F.Məlikov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.