Türkmənistan sahillərində meyiti aşkar edilən neftçinin kimliyi müəyyən olunub. Türkmənistan sahillərində meyiti aşkar edilən neftçinin kimliyi müəyyən olunub.

Meyiti tapılmış neftçinin kimliyi məlum oldu

Türkmənistan sahillərində meyiti aşkar edilən neftçinin kimliyi müəyyən olunub.


AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən cəsədin DNT analizinin nəticələri məlum olub.

Ekspertlərin rəyinə əsasən, cəsəd "Neftqaztikinti" Trestində çalışan Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ``Günəşli`` yatağındakı 10 saylı dəniz özüllərində baş verən qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.