Elnur Nağızadə 150 minlik dələduzluq ittihamından danışdı

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının (TQDK) dələduzluqda ittiham olunan keçmiş işçisi özü haqda yaılan məlumatı əsassız adlandırıb.


TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadə 150 min dollarlıq dələduzluq etməsi barədə ittihamdan xəbərsiz olduğunu bildirib.

"Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan informasiyadır".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək, 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, E.Nağızadə beş ildən artıq müddətdə TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O bu ilin yanvar ayında vəzifəsindən azad edilib.

Modern.az