Azərbaycanda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb. Azərbaycanda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb.

Bu torpaqlardan istifadə etməyənlər inzibati məsuliyyətə cəlb oluna bilər

Azərbaycanda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Torpaq Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlanıb.


Sənəd müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir. Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıcıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il yanvarın 27-də keçirilmiş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

APA.az