Xüsusi icazəsi olmayan iriqabaritli nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Xüsusi icazəsi olmayan iriqabaritli nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Ağır çəkili nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır – Cədvəl

Xüsusi icazəsi olmayan iriqabaritli nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.


AzNews.az xəbər verir ki, bu barədə Azəryolservis ASC məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixində təsdiq edilmiş 104 nömrəli qərarı ilə müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının "Azəryolservis" Açıq Səhmdar Cəmiyəti tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidirlər.

Əks halda yol hərəkətinin təhlükəsizliyi nəzərə alınaraq həmin avtonəqliyyat vasitələri hərəkətdən kənarlaşdırılacaqlar. Onların hərəkəti xüsusi icazə alındıqdan və yalnız təyin olunmuş marşrut üzrə bərpa oluna bilər.

Nəqliyyat vasitəsinin icazə verilən qabaritləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: