Azəryolservis ASC yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 nəfəri işə götürməyi planlaşdırır. Azəryolservis ASC yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 nəfəri işə götürməyi planlaşdırır.

İş axtaranların - Nəzərinə

Azəryolservis ASC yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 nəfəri işə götürməyi planlaşdırır.


Qurumdan AzNews.az-a verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakıda və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparılır.

Yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar Azəryolservis ASC-nin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.