Azərbaycanda oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq. Azərbaycanda oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq.

Azərbaycanda bəzi kitabxanalar bağlanacaq

Azərbaycanda oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq.


Bunu Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Kitabxanaların müasir dövrün tələblərinə cavab verməsini zəruri hesab edən L.Məmmədovanın sözlərinə görə, kitabxanalarda struktur dəyişikliklərinin aparılmasına 2011-ci ildən başlanılıb və Nazirlər Kabinetinin qərarı ilə kitabxanaların yeni strukturu təsdiq edilib.

L.Məmmədova deyib ki, artıq ölkədə 800-dən çox kitabxana birləşdirilib və bağlanılıb: "Bunlar binası təhlükəli, qəza vəziyyətində olan, kitabxana fondu, oxucusu olmayan, çox kiçik kəndlərdə yerləşən kitabxanalar olub. Bununla yanaşı, hazırda bir sıra kitabxanaları birləşdirmək niyyətindəyik. Oxucusu az olan, oxucu ilə lazımı səviyyədə işləməyən, müasir dövrün tələblərinə cavab verməyən kitabxanalar birləşdiriləcək və ya bağlanacaq. Bu, artıq zamanın tələbidir".

Bağlanacaq və ya birləşdiriləcək kitabxanaların sayının hələ müəyyənləşdirilməyini deyən nazirlik rəsmisi hazırda kitabxanaların fəaliyyətinin monitorinqinin keçirildiyini də söyləyib. O, ötən ildən başlanılan monitorinqin artıq yekunlaşmaq üzrə olduğunu qeyd edib.

L.Məmmədova bildirib ki, monitorinq əsasında yaxşı işləməyən və günün tələbinə cavab verməyən, oxucusu olmayan kitabxanalar müəyyənləşdiriləcək: "Bundan sonra bu il ərzində nəzərdə tutulan bu işlərə başlanılacaq və başa çatdırılacaq".

L.Məmmədova bildirib ki, hazırda ölkədə 2800-ə yaxın kitabxana var. Onlardan 80-ni mərkəzi kitabxanadır.

Trend.az