İş adamı kəndlinin əmlakına əl qoydu – Prezidentə müraciət

Masallı Rayon Polis İdarəsində dələduzluqla qarşılaşan rayon sakini Şahdigar Teymurov Prezident İlham Əliyevə müraciət edib.

AzNews.az xəbər verir ki, o, müraciətində rayondakı məmur özbaşınalığı, kasıbın haqqının tapdalanması, həyətyanı ərazisinin əlindən alınması, hansısa qeyri-qanuni yolla hakimlərin ələ alınması faktları ilə bağlı məlumatlar qeyd edib.

Bildirib ki, rayonun Aşurlu Kəndli Fermer Təsərrüfatının rəhbəri olmuş Əzizov Əhmədağa Xeyrulla oğlu ilə Kolatan kənd sakini Sahibov Aydın Ağamalı oğlu cinayət əlaqəsinə girərək, Bədalan kənd sakini Teymurov Zaur Şahdigar oğlunun əmlakını mənimsəməyə cəhd ediblər. Belə ki, vaxtilə qanuni şəkildə Zaur Teymurovun adına torpaq sahəsi rəsmiləşdirən Əhmədağa Əzizov sonradan rəsmiləşdirdiyi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyini söyləyərək, əslində həmin torpağın qohumu Aydın Sahibovun olduğunu deyib. Bununla da o, həmin torpaq sahəsinin Bədalan kənd sakini Zaur Teymurov tərəfindən zəbt edildiyini iddia edib. Bu məqsədlə onlar Masallı Rayon Prokurorluğuna müraciət edərək, qanuni torpaq mülkiyyəti əldə etmiş Z. Teymurovun torpağa dair sənədlərini şübhə altına almağa çalışıb. Bu məqsədlə Aydın Sahibov rayon prokurorluğuna müraciət edib. Araşdırma nəticəsində nəticəsində Əhmədağa Əzizovun əməlində cinayət tərkibi aşkar edilib və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin müddətin keçməsi ilə bağlı cinayət işi xitam olunub.

Bundan sonra işə Masalı Rayon Polis şöbəsi də qoşulub. Şöbənin müstəntiqi Anar Xəlilov torpaq sahibi Zaur Teymurovun atasını aldadaraq, ondan torpağın mülkiyyət sənədlərini araşdırma adıyla alaraq, sonradan geri qaytarmayıb. Bununla da o, öz səlahiyyətlərini aşmaqla yanaşı, mülkiyyət sənədlərini götürməklə Z.Teymurovun şəxsi mülkiyyətində olan əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırıb. Sonradan məlum olub ki, müstəntiqlə torpağa iddialı olan şəxslərin çox yaxın münasibətləri var.

Ş.Teymurov prezidentə müraciətində Baş Prokuror Zakir Qaralovun qəbulunda olduğunu da qeyd edib.

"Respublika Baş Prokuroru Zakir Qaralov Massalı Rayonunda vətəndaşları qəbul edərəkən mən baş vermiş qanunsuzluqlarla bağlı onun qəbulunda oldum. Baş Prokuror Zakir Qaralov mənə söz verdi ki, o bu qanunsuzluqlara son qoyacaq.

Lakin Aydın Sahibovun təhdidləri bundan sonra daha çox davam etməyə başladı.

Hörmətli Prezident!

Bakı şəhərində yüksək mərtəbəli binalar inşaa edən Aydın Sahibovun təhdidləri ardı-arası kəsilmir bu üzdən mən həyat yoldaşım və oğlum artıq şəkər xəstəliyi tapmışıq.Yeganə ümidimiz sizədir. Bizim şikayətlərimizin adiyyəti üzrə Masallı Rayonuna göndərilməsi bizim işimizin daha da çətinləşdirilməsinə səbəb olur. Belə ki Masalı Rayon hüquq mühafizə orqanları Aydın Sahibovun təsiri altındadır. Odur ki 20 ildən artıq yaşadığım mənzilimizn sənədləri Aydın Sahibovun göstərişi ilə Masallı Rayon Polis İdarəsinin müstəntiqi Anar Xəliovda girov saxlanılır. Odur ki, xahiş edirik həmin sənədləri geri alınması və Aydin Sahibovun təhdidlərinə son qoyulmasına yardım edəsiniz" - deyə, müraciətdə yazılıb.