- Köhnə - Cəmiyyət
- 13 Fevral 2016 15:19
- 4 202
6 saylı avtobusun hərəkət istiqaməti dəyişdirilir
“BakuBus”a məxsus 6 saylı avtobusun hərəkəti istiqaməti müvəqqəti dəyişdirilir.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
"Bu gün və sabah Bakının bəzi küçələrində gedən təmir-bərpa işləri ilə əlaqədar "BakuBus"a məxsus 6 saylı avtobus Azadlıq metro stansiyası önündən İçərişəhər metro stansiyasına qədər hərəkət edəcək", - deyə N.Allahyarova bildirib.