Siyavuş Novruzov təltif edildi

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 illiyi ilə əlaqədar olaraq Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində təntənəli yubiley tədbiri keçirilib.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin rəsmilərinin, nazir müavinlərinin, millət vəkillərinin, ziyalıların qatıldığı tədbirdə şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və vətənpərvər ictimai təkilat rəhbərlərinə "Fədai" medalları təqdim olunub.

Təltif edilənlər arasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov da olub.

Qeyd edək ki, bu gün S.Novruzovun doğum günüdür. Millət vəkili 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub.