Bakıda və Abşeron yarımadasında fevralın 19-də arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında fevralın 19-də arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Sabah sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 19-də arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə, gündüz 4-7, Bakıda isə gecə 1-3 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.