ANS-də həkim səhvi ucbatından dünyasını dəyişmiş ədəbi tənqidçi Elnarə Tofiqqızına həsr olunmuş veriliş yayımlanıb. ANS-də həkim səhvi ucbatından dünyasını dəyişmiş ədəbi tənqidçi Elnarə Tofiqqızına həsr olunmuş veriliş yayımlanıb.

Elnarə Tofiqqızının yarımçıq ömrü ANS-in “Alın yazısı”nda - Video

ANS-də həkim səhvi ucbatından dünyasını dəyişmiş ədəbi tənqidçi Elnarə Tofiqqızına həsr olunmuş veriliş yayımlanıb.

AzNews.az xəbər verir ki, "Alın yazısı" verilişinin dünənki buraxılışında mərhumun həyat yolundan bəhs edilib. Verilişdə E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev, ailə üzvləri və yaxınları danışıb. A.Niftəliyev həyat yoldaşının ölümünün cəmiyyətə bir mesaj olduğunu deyib.

Qeyd edək ki, E.Tofiqqızı 2013-cü ilin sentyabr ayında vəfat edib. Aparılan ekspertiza nəticəsində məlum olub ki, onun üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Sonradan qatil həkim həbs olunub.

Sözügedən verilişi təqdim edirik: