“Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”. “Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.

Azərbaycanda 55 nəfərdə QİCS aşkarlandı

“Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.


Bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, ötən il iyun ayının 1-dən bu ilin fevral ayınadək nikaha daxil olmaq istəyən 94400 nəfərdən qan nümunələri götürülüb. Z. Əlimirzəyeva qeyd edib ki, 45 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb: "Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 2-də bətn daxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib".

APA.az