Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 22-24 fevral tarixlərində siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 22-24 fevral tarixlərində siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Araz Əzimov Qarabağ münaqişəsini müzakirə etdi - Almaniyada

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 22-24 fevral tarixlərində siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib.


AzNews.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı nazir müavini AFR Xarici İşlər Nazirliyi və Federal Kansler Aparatında həmkarları ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizin 2016-cı ildə ATƏT sədrliyini həyata keçirən Almaniyadan olan gözləntiləri, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olunmasının vacibliyi, habelə mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Almaniya tərəfi Azərbaycan tərəfinin istək və təkliflərinin nəzərdən keçiriləcəyini bildirib və onların mövcud imkanlar çərçivəsində sədrlik dövründə nəzərə alınacağına söz verib.

Azərbaycan xarici işlər nazirinin müavini səfər zamanı, eləcə də Almaniya Bundestaqında bir sıra görüşlər keçirib və Münhen Təhlükəsizlik Təşkilatının sədri Volfqanq İşinqerlə görüşərək ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.

A.Əzimov səfəri zamanı, həmçinin Almaniyanın məşhur "beyin mərkəzləri"ndən olan Elm və Siyasət Fondu və Xarici Siyasət üzrə Alman Cəmiyyətində sözügedən təşkilatların rəhbərliyi və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış tanınmış mütəxəssislərlə görüşlər keçirib. Görüşlərdə, əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, həll istiqamətində aparılan danışıqlar, sözügedən münaqişənin həlli yolları ilə bağlı Azərbaycan tərəfinin mövqe və təklifləri, habelə Ukrayna, Gürcüstan və Suriya münaqişələri daxil olmaqla bir sıra digər regional təhlükəsizlik məsələləri ətraflı şəkildə müzakirə olunub.