Bakıda və Abşeron yarımadasında fevralın 26-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında fevralın 26-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Sabah 12 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 26-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacaq. Bəzi şərq rayonlarında isə yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.