Kaliforniya sakinləri ölüm cəzasının ləğv edilməsini istəmir

Amerikanın Kaliforniya ştatının sakinləri ölüm cəzasının ləğv edilməsinin əleyhinə çıxıblar.

Seçicilərin təqribən 53,6 faizi səsverməyə çıxarılmış qanun layihəsinin - ölüm cəzasının şərti-vaxtından qabaq azad edilmə hüququ olmadan ömürlük həbslə əvəz edilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə çıxıb, 46,4 faizi isə qanun layihəsini dəstəkləyib.

Aprel ayında Konnektikutda ölüm cəzasını ləğv etmişlər və beləliklə, bu ştat ən yüksək cəza formasını hökmü dəyişdirmək imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz etmiş 17-ci ştat olub. Lakin yeni qanun artıq ölüm cəzasına məhkum edilmiş cinayətkarlara şamil olunmayacaq. Hazırda Konnektikutda 11 məhbus ölüm hökmünün icrasını gözləyir.

Hazırda Amerikanın 50 ştatından 33-də ən yüksək cəza tədbiri qalmaqdadır. Konnektikutdan başqa, ondan imtina edən son ştatlar İllinoys, Nyu-Meksiko, Nyu-Cersi və Nyu-Yorkdur. Noyabrda bu məsələ barədə Kaliforniya sakinləri fikir söyləməlidirlər.

1976-cı ildən indiyədək, yəni ölüm cəzası üzərində moratorium götürüldükdən sonra, ABŞ-da 1.293 adam edam olunub. Cəzanın icra piki 1999-cu ilə düşür, həmin il ədalət məhkəməsi 98 nəfəri həyatdan məhrum etmişdi.

1978-ci ildən 1980-ci ilədək isə ABŞ-da bir məhbus da edam olunmayıb. Daha çox Texas ştatında cinayətkarları həyatdan məhrum edirlər, ikinci yerdə Virciniyadır. Hökmün əsas icra üsulu ölüm iynəsinin vurulmasıdır.

AzNews.az