Bayram yarmarkaları başladı

Bu gündən Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı yarmarkaları başlayır.


Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də təşkil ediləcək.

Kənd təsərrüfatı yarmarkaları əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirilir. Yarmarkalar mart ayının 20-dək davam edəcək.

Yarmarkaların baş tutacağı ünvanlar bunlardır:

Bakı şəhəri üzrə:

- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

- Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)



Kənd təsərrüfatı yarmarkaları 2006-cı ildən bu yana Kənd Təsərrüfatı Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hər həftənin şənbə və bazar günləri təşkil edilir. Ötən ilə kimi yarmarkalar Bakı şəhərinin 7 rayonunun 11 ünvanında olurdu. Lakin bu il yarmarkaların sayında azalma olub.

Lakin ötən ilin may ayında Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun verdiyi məlumata görə, yarmarkalar şəhərin mərkəzindən yığışdırılıb. Yarmarkalar şəhərin estetik görkəminin yaxşılaşdırılması məqsədilə dayandırılıb.

anspress.com