Azərbaycanda xeyli miqdarda nağd şəkildə pivənin satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq. Azərbaycanda xeyli miqdarda nağd şəkildə pivənin satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq.

Çox pivə satanlar cəzalanacaq – Azərbaycanda

Azərbaycanda xeyli miqdarda nağd şəkildə pivənin satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq.


Bununla bağlı Milli Məclisin bugünkü iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün" sözü "Pivənin və tütün" sözləri ilə əvəz edilib.

Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Nəzərdə tutulan dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, habelə belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna edilməklə Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Modern.az