Azərbaycan Brüsseldə törədilən terror aktlarını qəti şəkildə qınayır. Azərbaycan Brüsseldə törədilən terror aktlarını qəti şəkildə qınayır.

XİN-dən Brüsseldəki terror ilə bağlı - Bəyanat

Azərbaycan Brüsseldə törədilən terror aktlarını qəti şəkildə qınayır.


AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Brüsseldə törədilən terror aktları ilə əlaqədar bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Belçikanın paytaxtı Brüssel şəhərində törədilən və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır: "Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

Qeyd olunur ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcək.