Martın 30-da yazıçı Əkrəm Əylisli İtaliyada keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün hava limanına getdiyi zaman ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Martın 30-da yazıçı Əkrəm Əylisli İtaliyada keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün hava limanına getdiyi zaman ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Əkrəm Əylislinin ölkədən çıxışına qadağa qoyulub? - Deputatdan açıqlama

Martın 30-da yazıçı Əkrəm Əylisli İtaliyada keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün hava limanına getdiyi zaman ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.


Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatında isə yazıçının hava limanında xuliqanlıq etdiyi qeyd edilib.

Ə.Əylislinin oğlu Nəcəf Naibov atasına qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açıldığını deyib.

Ümumiyyətlə, vətəndaşa xəbərdarlıq edilmədən onun ölkədən çıxışına qadağa qoyulması hüquqi cəhətdən necə qiymətləndirilir? Buna görə cinayət işinin açılması nə dərəcədə qanunidir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə sualları cavablandırıb.

Deputat ilk növbədə Əkrəm Əylislinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı rəsmi məlumatın olmadığını diqqətə çatdırıb:

"Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, Əkrəm Əylisli sərhəd-keçid məntəqəsində mübahisə etdiyinə görə saxlanılıb və məsələyə hüquqi qiymət verilib.

İnsan xaricə getdiyi zaman gecikməyə, hansısa sualın verilməsinə görə əsəbləşib konflikt yarada bilər. Əkrəm Əylisli ilə hüquq-mühafizə orqanı əməkdaşları arasında nə baş verdiyinin detallarını bilmədiyimdən rəsmi orqanların açıqlamasına istinad edirəm. Bildirilir ki, Əkrəm Əylisli sərhəd-keçid məntəqəsində problem yaratdığına, əməlində kriminal xarakterli elementlər olduğuna görə saxlanılıb və fakta görə cinayət işi başlanılıb".



Hüquqşünas-deputat deyib ki, yazçının ölkədən çıxışına qadağa qoyulması real olmayan məlumatlara söykənə bilər:

"Əkrəm Əylislinin ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması barədə rəsmi heç nə yoxdur. Ola bilər ki, qadağa ilə bağlı məlumatın özü də doğru deyil və ictimai rəyi çaşdırmağa yönəlib.

Hər halda son dövrlər dövlət yol polisi əməkdaşlarının iştirakı ilə baş verdiyi iddia edilən video ilə bağlı da vətəndaşlara müraciət etmişdim. Polis hansısa formada sənə müraciət edib sənəd tələb edirsə, sən ona əməl etməlisən. "Maşını saxla" deyirsə, saxlamalısan. Təbii ki, konkret bu məsələdə söhbət polisdən deyil, gömrük-sərhəd rəsmilərindən gedir. Onların hər hansı tələbinə oradan keçən vətəndaş emosiya ilə deyil, soyuq başla cavab verməli və onların göstərişinə əməl etməlidir. Ehtiyac yaranarsa, vətəndaşın üstünə, əşyalarına baxış keçirilə bilər. Bunu emosiya ilə qarşılamaq düzgün deyil.

Hesab edirəm ki, emosional davranış hüquqi mədəniyyətin, hüquqi savadın aşağı olmasından irəli gəlir. Qanun hamı üçün qanundur. Həm millət vəkili üçün, həm yazıçı üçün, həm şair üçün, həm də sadə vətəndaş üçün...

Ona görə də biz hər hansı qanuni tələblərə emosional qarşılıq verir və sonra da əks tərəfi günahlandırırıq. Bu düzgün deyil. Biz bu dövlətin vətəndaşlarıyıq. Dövlətin bütün strukturları dövlət vəzifələrini və dövlət tapşırıqlarını yerinə yetirir. Ona görə də hər şey anlaşma şəraitində olsa, yaxşıdır".

Modern.az