- Köhnə - Cəmiyyət
- 2 Aprel 2016 17:05
- 5 014
Somalidə öldürülən azərbaycanlının cənazəsi Bakıya gətiriləcək - Bu gecə

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək.
AzNews.az xəbər verir ki, bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.
Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.
Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək.