“Mən fəxr edirəm ki, mənim qardaşım topağımız uğrunda şəhid oldu”. “Mən fəxr edirəm ki, mənim qardaşım topağımız uğrunda şəhid oldu”.

“Komandirə silah keçirmək istəyirdik, o, həlak oldu” – Şəhidimizin qardaşı

“Mən fəxr edirəm ki, mənim qardaşım topağımız uğrunda şəhid oldu”.


Bu sözləri AzNews.az-a açıqlamasında aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən şiddətli döyüşlərdə qəhrəmanlıqla şəhid olan Sarvan Mehralıyevın qardaşı Namiq Mehralıyev deyib. O bildirib ki, Füzulidə şəhid olan qardaşı ilə birlikdə xidmət edirmiş: "Biz birlikdə xidmət edirdik. Komandirimizə silah-sursat keçirmək istəyirdik. Mən sursatı keçirdim, o isə keçirdən zaman şəhid oldu. Amma əsas odur ki, sursatımızı lazımi yerə çatırdıq. Komandirlərimiz irəli atıldı, düşməni məhv elədi. Mənim qardaşım öz komandirlərinə sursat aparmaq üçün öz canından keçdi. Öz əsgər yoldaşlarını qorumaq üçün irəliyə atıldı. Mən fəxr edirəm ki, Azərbaycan ordusun əsgəriyəm. Topaq uğrunda canımdan keçməyə hazıram. Mən də istəyirəm qardaşım kimi şəhid olum".

Məlumat üçün bildirək ki, əslən Xocalıdan olan S.Mehralıyev bu gün Ağdamda torpağa tapşırılıb.