- Köhnə - Cəmiyyət
- 14 Noyabr 2012 16:49
- 2 760
AzNews.az-ın adından istifadə olunur
Bunu AzNews.az-ın əməkdaşı Vasif Həsənliyə Milli Məclisin sədr müavini Bahar Muradova açıqlama verərkən bildirib. B.Muradovanın sözlərinə görə, sonu "News"la başa çatan portalların birindən ona zəng edilib və Vasifin adından açıqlama alınıb: "Siz hansı portaldasınız? Axı mənə bayaq sizin adınızdan zəng olunub. Mən sizinlə danışmadım? Bəs o, hansı "News"dur?"
AzNews.az məsələ ilə bağlı araşdırma apardı. Məlum oldu ki, Azərbaycan internet mediasında "SalamNews.org", "News.az", "1 News.az", "AzərNews.az" və s. adlar fəaliyyətdədir. Onu da bildirək ki, əməkdaşımız Vasif Həsənli bu günə kimi "SalamNews.org"da çalışıb.
Bahar Rüstəmli
AzNews.az