90 min şagird biliyini sınayıb

Bu gün Bakı məktəblərində istedadlı uşaqların yaradıcılıq potensialının aşkarlanması, onların istedadlarının inkişaf etdirilməsi məqsədilə keçirilən "Bilik yarışı"nda 90 minə yaxın şagird iştirak edib. Bu barədə məlumat AzNews.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilib.

Yarış ənənəvi olaraq 3 mərhələdə - rayon mərhələsində bütün fənlər üzrə V – XI sinifləri əhatə edib. İkinci - şəhər mərhələsi isə VII – XI sinif şagirdləri üçün dekabrın 9 – da 9 fəndən keçiriləcək.

Bu mərhələdən qalib çıxmış şagirdlər (ingilis dili və coğrafiyadan başqa) yanvar ayında təşkil olunacaq olimpiadanın respublika mərhələsində iştirak hüququ qazanacaqlar.

Elnarə Əlosmanqızı
AzNews.az