Bu gün 7News.az xəbər saytının 1 yaşı tamam olur. Bu gün 7News.az xəbər saytının 1 yaşı tamam olur.

7News.az-ın 1 yaşı oldu

Bu gün 7News.az xəbər saytının 1 yaşı tamam olur.


AzNews.az xəbər verir ki, ötən il may ayının 16-da fəaliyyətə başlayan 7News.az müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Saytın baş redaktoru, internet media eksperti Səbuhi Abbasov bildirib ki, 7News MMC nəzdində fəaliyyət göstərən www.7news.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Redaksiyada və internet saytda "qaynar-xətt" fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. Saytın yaxın vaxtlarda rus və ingilis dillərində də fəaliyyət göstərəcəyi gözlənilir.

AzNews.az kollektivi olaraq həmkarlarımızı təbrik edirik.