2100-cü ildə temperatur daha 4 dərəcə artacaq 2100-cü ildə temperatur daha 4 dərəcə artacaq

Dünya Bankının temperatur həyəcanı

2100-cü ildə temperatur daha 4 dərəcə artacaq



2100-cü ildə dünyada temperatur daha 4 dərəcə yüksələcək. Bu barədə məlumatı Dünya Bankının hesabatında yer alıb.

Məlumata görə, bu yüzilliyin sonunda temperaturun yüksəlməsi bütün dünyada müşahidə olunacaq. Əgər zəruri tədbirlər görülməsə temperatur artımı dünya üçün böyük təhlükələr yarada bilər.

Təhlükə əsasən dənizlərin səviyyəsinin artması ilə müşayiət olunacaq ki, bundan da daha çox kasıb ölkələr ziyan çəkəcək.

Mütəxəssislər hesab edir ki, havaya istixana qazlarının atılması dayandırılsa da, temperaturun ən azı 3 dərəcə artacağı yəqindir.

Elnarə Əlosmanqızı
AzNews.az