Evindən pul oğurlanan Neftçala rayon sakini yayılan məlumatlara aydınlıq gətirilib. Evindən pul oğurlanan Neftçala rayon sakini yayılan məlumatlara aydınlıq gətirilib.

Mənzilindən oğurluq edilən şəxs danışdı – “Müfəttiş işləyirəm”

Evindən pul oğurlanan Neftçala rayon sakini yayılan məlumatlara aydınlıq gətirilib.


Rayon sakini Elnur Bağırov bildirib ki, yayılan xəbərlərdə oğurlanan pulun məbləği dəfələrlə şişirdilib.

Onun sözlərinə görə, mənzildən 23 min manat deyil, 6500 manat pul oğurlanıb: "Bu barədə rayon polisinə məlumat verilib. Ərizə yazılıb və oğurlanan pul 6500 manat göstərilib. Amma mətbuat yazır ki, mənim mənzilimdən 23 min manat oğurlanıb. Onu yazanlar gəlib mənim evimə baxsınlar, görsünlər hansı şəraitdə yaşayıram. Yayılan məlumat kökündən yalnışdır. Evdə o qədər pul olmayıb".

Elnur Bağırov bildirib ki, oğurlanan 6500 manat pulun 5 min manatı qardışına məxsusdur: "Qardaşım Bakıda yaşayır. O pulu da atama vermişdi ki, mal-heyvan alsın. Yerdə qalan 1500 manat isə mənim məzuniyyət pulumdur".

E.Bağırov yayılan məlumatda adının sektor müdiri kimi hallanmasına da aydınlıq gətirib: "Mən sektor müdiri deyiləm. Sadəcə müfəttiş işləyirəm. Əmək haqqı ilə dolanan adamam."

Qeyd edək ki, oğurluq hadisəsi onlar toyda olarkən baş verib. Ailə hamsı qohumlarının toyunda olub. Evə gələndə görüblər ki, pəncərə sındırılıb və evdən oğurluq edilib. Dərhal polisə məlumat verilib və hazırda polis cinayətkar və ya cinayətkarların tapılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir".

Bizimxeber.az