"Bizim Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbərimiz olmayıb". "Bizim Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbərimiz olmayıb".

Toydan 1 həftə sonra öldürülən gəlin dəfn edildi - Video

"Bizim Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbərimiz olmayıb".


Bunu Sankt-Peterburqda toyundan 7 gün sonra əri tərəfindən qətlə yetirilən Gülnar Vəliyevanın atası Şücaət Vəliyev deyib.

Ona görə qız itkin düşəndə valideynlərin ürəyinə xal düşsə də qarşı tərəf əksinə, Vəliyevləri günahlandırıb. "Ata-anası, özü 1-ci gündən dedilər ki, biz bilmirik, bizlik deyil, xəbərimiz yoxdur. Deyir ki, bəlkə, sevəni olub, onunla qaçıb. Dedim sən onu il yarımdır tanıyırsan, bir dəfə bu adam diskotekaya, konsertə getməyib, heç yerdə olmayıb, ev qızıdır".

Gülnardan 11 il böyük olan həyat yoldaşı 34 yaşlı Samir Həbibov may ayının 26-da istintaq tərəfindən saxlandıqda hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləsə də zərərçəkən tərəf buna inanmır və ona ən ağır cəza tələb edir.

Atanın sözlərinə görə, kürəkəni Gülnardan guya nə isə istəyib. "Deyib ki, "zaryadkanı" istədim, dedim onu ver, vermədi. Mən də vurdum, uşaq dəydi harasa, özündən getdi. Amma mən inanmıram. Burada nəsə başqa iş var".

Ötən gün meyiti Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilən Gülnar Vəliyeva dəfn edilib.

23 yaşlı gəlin Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Onun Rusiyadakı universitetlərdən birinin stomatologiya ixtisasının 1-ci kurs tələbəsi olduğu bildirilir.



Anspress.com