- Köhnə - Cəmiyyət
- 21 Noyabr 2012 14:00
- 2 955
ARDNŞ Binəqədidə söküntüyə başladı
.jpg)
Artıq 5 ev dağıdılıb
Noyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin sakinlərinə şirkət tərəfindən qəti xəbərdarlıq edilib.
AzNews.az-un məlumatına görə, həmin günü ARDNŞ-nin Mühafizə İdarəsinin bir qrup əməkdaşı Binəqədi rayonun eyni adlı qəsəbəsində tikilmiş 5-ə yaxın fərdi yaşayış evlərinin qanunsuz olduğu əsas gətirərək, traktorla uçurub. Nəticədə sakinlər evsiz qalıblar.
Evləri uçmuş sakinlər AzNews.az-a bildiriblər ki, evlərlə bağlı onlarda bələdiyyə sənədləri mövcuddur: "Bələdiyyə bizlərə müvafiq sənədlər verib, amma ARDNŞ bu sənədlərə məhəl qoymur və evlərimizi uçurur. Biz məcbur olub Azərbaycan Prezidentinə şikayət edəcəyik".
Qeyd edək ki, hazırda həmin ərazidə 600-ə yaxın fərdi yaşayış evi mövcuddur.
Vasif Həsənli
AzNews.az

.jpg)
.jpg)